ABŞ Kosovodakı seçkilərin nəticələrini tanıyacaq

 20:43 19.04.2023     302

Serb əhalisinin boykot etməsinə baxmayaraq, ABŞ Kosovoda aprelin 23-də keçiriləcək seçkilərin nəticələrini tanıyacaq.

Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar Serbiyanın "Tanjuq" agentliyinə açıqlamasında deyib.

"Mən serbləri seçkilərdə iştirak etməyə çağıram. Biz onların problem hesab etdikləri çox şeyi başa düşürük, lakin hər halda iştirak etməlidirlər. Əgər onlar iştirak etməsələr, bu o demək deyil ki, biz seçkini dəstəkləmirik. Seçkilər keçiriləcək və biz onların nəticələrini tanıyacağıq, ümid edirik ki, serblər bir gün qayıdacaqlar”,- Eskobar bildirib.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar serblərin Kosovo və Metoxiyadakı bütün hakimiyyət qurumlarına, xüsusən də polisə qayıtmasını tələb edir.

Tunar Altunbay