Bu ölkədə sədəqə paylanarkən yaşanan izdihamda 90 nəfər öldü
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının nəzarətində olan Səna şəhərində sədəqə paylanarkən yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Sky News Arabia” fövqəladə hallar xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Hadisə cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib.
Kanalın məlumatına görə, izdiham bir neçə tacir tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.
Arzu İSMAYIL