Pentaqonun gizli sənədləri ilk dəfə dekabrda internetdə üzə çıxıb

 10:39 20.04.2023     283

Pentaqonun və Amerika kəşfiyyatının məxfi sənədləri ilk dəfə 2022-ci ilin dekabrında, dünya ictimaiyyətinin diqqətini cəlb etməmişdən xeyli əvvəl internetdə peyda olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə senatorlar Mark Uorner və Marko Rubionun ABŞ-ın müdafiə naziri Lloyd Ostinə və Milli Kəşfiyyatın direktoru Avril Haynsa yazdığı məktubda deyilir.

“ABŞ Milli Hava Mühafizəsinin əsgəri Cek Duqlas Teixeira 2022-ci ilin dekabrında, ABŞ hökumətinin bu barədə məlumat əldə etməsindən təxminən dörd ay əvvəl sosial media saytında məxfi məlumatları paylaşmağa başladı. Bu, hökumətin sistemdaxili təhlükənin aşkar edilməsi prosesində ciddi çatışmazlıqlara işarə edir”, - çərşənbə günü dərc olunan məktubda deyilir.

Senatorlar kəşfiyyat komitəsinə məxfi materialların internetə daxil olduğu güman edilən “Bütün məxfi sənədlərin surətlərini və ya "Discord" onlayn platformasında olan digər məxfi məlumatı” təqdim etməyə və uzun müddət sızma haqqında ABŞ hakimiyyətinin niyə bilmədiyini izah etməyə çağırıblar. 

Qeyd edək ki, Teyşeyra aprelin 13-də məxfi sənədləri dərc etməkdə şübhəli bilinərək həbs edilib. Amerika mətbuatının yazdığına görə, o, "Discord" onlayn platformasında "Thug Shaker Central" qrupuna rəhbərlik edir.

Aprelin 14-də Teyşeyra iki maddə ilə ittiham olunub: məxfi sənədlərin və müdafiə materiallarının icazəsiz ələ keçirilməsi, milli müdafiə ilə bağlı məlumatların icazəsiz saxlanması və ötürülməsi.

Reuters-in məlumatına görə, bu, 2013-cü ildə "WikiLeaks" saytında 700.000-dən çox sənəd, video və diplomatik kabellərin dərcindən bəri ən əhəmiyyətli sızmalardan biri ola bilər. Eyni zamanda, agentlik qeyd edib ki, internetdə yayılan sənədlər də saxta ola bilər.

Turan İSMAYIL