Mirzoyanı döyənlərdən birinin istintaqı başa çatdı

 11:08 20.04.2023     293

Ermənistan Milli Təhlükəsizlik Xidməti cinayət zamanı parlamentin spikeri, hazırda isə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri olan Ararat Mirzoyanın döyülməsi işi üzrə həbs edilənlərdən birinə qarşı cinayət işinin başa çatdığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Joqovrud” nəşri eksklüziv mənbəyə istinadən məlumat yayıb.

“Söhbət Ara Badoyandan gedir, onun işi məhkəməyə gedir”, – qəzet yazır.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda Milli Assambleya, hökumət binaları, eləcə də hökumət daçaları qarşısında kütləvi iğtişaşlar başlayıb.

İğtişaşçılar Nazirlər Kabinetinin binasına soxularaq Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində Mirzoyanın avtomobilini görərək onu maşından çıxararaq döyməyə başlayıblar. Nəticədə o, çoxsaylı sınıqlar, zədələr və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İstintaq materiallarına görə, Badoyan spiker Ararat Mirzoyana qarşı zorakılıq tətbiq edən iğtişaşçılara qoşularaq onların sıralarını yarıb, artıq yerdə uzanmış Ararat Mirzoyana yaxınlaşaraq onu təpiklə vurub.

Badoyan özü özünü təqsirli bilmir. Bundan əvvəl o, Mirozyanı vurmaq istədiyini, lakin buna nail olduğunu düşünmədiyini bildirmişdi. Onun sözlərinə görə, Mirzoyana yaxınlaşanda o, artıq yerdə olub.

Turan İSMAYIL