Rusiyada nazirin keçmiş müavini həbs edildi

 11:54 20.04.2023     282

Moskvanın Basmannı məhkəməsi Rusiya Federasiyası mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilovanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şəxs qismində iki ay müddətinə həbs edib.

Redaktor.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən TASS-a bildiriblər.

“2023-cü il aprelin 19-da Moskvanın Basmannı rayon məhkəməsi Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Olqa Sergeyevna Yarilovanın barəsində 2023-cü il iyunun 16-dək həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətini təmin edib.

Keçmiş məmura verilən cəza üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Daha əvvəl bildirilib ki, eks-məmur “Puşkin xəritəsi” layihəsində iştirakla 200 milyon rubldan çox pulun oğurlanması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Xatərladaq ki, Olqa Yarilova 2018-ci ildə mədəniyyət nazirinin müavini olub. 2022-ci ilin sentyabrında o, öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Tunar Altunbay