NATO-nun baş katibi Kiyevin mərkəzində görüntüləndi - FOTO

 12:11 20.04.2023     307

NATO-nun baş katibi Yens Stoltenberq bu gün, aprelin 20-də Kiyevə səfər edib. O, paytaxtın mərkəzində görüntülənib.

Redaktor.az bu barədə "The Kyiv Independent"ə istinadla xəbər verir.

Stoltenberq Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında görüntülənib. NATO-nun baş katibi həlak olan ukraynalı əsgərlərin xatirəsini ehtiramla yad edib.

Çox güman ki, NATO-nun baş katibi Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, sabah Ramşteyn formatında Ukraynanın müdafiəsi üzrə on birinci görüş baş tutacaq. Bu dəfə tam ştatlı olacaq və Almaniyadakı eyniadlı hərbi bazada keçiriləcək.

Ramşteyn ərəfəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xatırladıb ki, Ukrayna etibarlı hava hücumundan müdafiə sistemi yaratmaq istəyir və bunun üçün müasir qırıcılar lazımdır.

Eyni zamanda, Pentaqon qeyd edir ki, hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika Ukraynaya hərbi yardımın prioritetləri olaraq qalır.

Turan İSMAYIL