Ermənistanın keçmiş xarici işlər nazirinin oğluna qarşı cinayət işi açıldı

 17:31 20.04.2023     494

Ermənistan İstintaq Komitəsi keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı cinayət işi açıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Ara Oskanyan dələduzluqda şübhəli bilinir.

Məlumata görə, Ara Oskanyan üzərinə həbs qoyulmuş əmlakı satıb və bununla bağlı da hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Qeyd edək ki, bu, keçmiş nazirin oğlunun hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşdüyü ilk hal deyil. Hələ 2017-ci ildə Ara Oskanyan və Qrant Seradaryan adam oğurluğunda və oğurlanan şəxsi borclarını ödəməyə məcbur etməkdə şübhəli bilinərək saxlanılıblar. Daha sonra cinayət işinə xitam verilib.