Malidə Prezident Aparatının rəhbəri öldürüldü

 17:32 20.04.2023     948

Malinin müvəqqəti prezidentinin aparat rəhbəri ölkənin cənub-qərbində öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "Frans Press" agentliyi Mali dövləti başçısının administrasiyasının sənədlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, prezident aparatının rəhbəri Umar Traorenin də daxil olduğu 5 nəfərlik nümayəndə heyəti aprelin 18-də Nara şəhəri yaxınlığında pusquya salınaraq öldürülüb.

Nara Mavritaniya ilə sərhəd yaxınlığında yerləşir.

Hələlik hakimiyyət hücuma görə məsuliyyət daşıyanların adını açıqlamayıb.

Tunar Altunbay

Hörmətli Oumar Sididiè Traoré, Goundamda seçilən Gaucher millət vəkili olduğunu söylədi