Ərdoğanın partiyasının binası atəşə TUTULDU - VİDEO

 20:00 20.04.2023     803

Adanada AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, binaya gənc adam ümumilikdə 14 dəfə atəş açıb.

Hücum zamanı binada heç kimin olmadığı bildirilib.

Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.

AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb:

"Bütün təşkilatımıza keçmiş olsun".

Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.

Mənbə: Haber Global