Makron istefası barədə DANIŞDI

 20:16 20.04.2023     716

Fransa prezidenti Emmanuel Makron pensiya islahatlarından narazı qalaraq onu dövlət başçısı postunu tərk etməyə çağıranları əmin edib ki, istefa vermək niyyətində deyil.

Redaktor.az xəbər verir ki, Fransa liderinin Herault departamentinə səfəri zamanı Perol şəhərinin sakinlərindən biri ilə söhbətinin görüntüləri LCI televiziya kanalı tərəfindən yayımlanıb.

"Mən istefa verməyəcəyəm, bu baş verməyəcək. Biz 2027-ci ilə qədər gözləməliyik " ,-  deyə o, "Makron istefa ver" qışqıran qadına cavabında bildirib.

Xatırladaq ki, Makron bu həftə Fransa bölgələrinə işgüzar səfərlərə başlayıb.

Çərşənbə günü o, ölkənin şərqindəki Elzas bölgəsindəki Bas-Rhin şəhərində ağac emalı şirkətinin “Mathis” zavodunda olub.

Prezident orada olanda zavodun elektrik enerjisi bir müddət kəsilib.

Fransa liderinin səfəri günü nümayişlərə qadağa qoyulmasına baxmayaraq, həmkarlar ittifaqları Makronun gəlişindən əvvəl etiraz aksiyası keçiriblər.

Cümə axşamı o, Qanq kommunasına (ölkənin cənubundakı Herault departamenti) gedib.

Burada da onun səfəri insidentsiz keçSƏ DƏ, Makron yerli kollecdə çıxış edərkən elektrik enerjisi kəsilib.

Tunar Altunbay