“ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib” - Lavrov

 23:16 20.04.2023     720

“ABŞ Rusiyanın maraqlarına qarşı səlib yürüşü elan edib, lakin bu, mənasızdır”.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya-Amerika münasibətləri haqqında soruşsanız, hazırda bizim heç bir xüsusi münasibətimiz yoxdur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton səfirlik məsələləri ilə bağlı yalnız lazım gəldikdə əlaqə saxlayır.

“Vaşinqton Rusiyanın qanuni maraqlarına, mədəniyyətinə və ənənələrinə qarş Kiyev nasist rejimini döyüş vasitəsi kimi seçərək, onu getdikcə daha çox yeni silah sistemləri ilə dolduraraq səlib yürüşü elan edib”,- Lavrov əlavə edib.