Rusiyada terror hazırlayan İŞİD tərəfdarı saxlanıldı

 22:08 20.04.2023     402

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları İŞİD terror təşkilatının Mineralnıye Vodıda insanların kütləvi olduğu obyektdə terror aktı hazırlayan tərəfdarını saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat yayıb.

“Beynəlxalq Terror Təşkilatında (İTO) qadağan olunmuş İŞİD-in tərəfdarı olan Rusiya Federasiyası vətəndaşı Stavropol diyarında xarici emissarlarının göstərişi ilə cinayət törətməyi planlaşdırıb. İnsanların kütləvi məskunlaşdığı obyektlərdən birində törədilən terror aktının üstü açılıb və qarşısı alınıb”,- deyə məlumatda qeyd edilib.

Aprelin 20-də o, Mineralnıye Vodıda terror aktına hazırlaşarkən saxlanılıb.

Saxlanılan şəxsdən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdiyi komponentlər və zədələyici elementlər, həmçinin Yaxın Şərq regionunda İŞİD emissarları ilə gizli əlaqə vasitələri müsadirə edilib.

Terror aktına hazırlıqla bağlı cinayət işi açılıb.

Saxlanılan şəxs terror aktı törətməli olduğunu etiraf edib:

“Mən İslam Dövlətinə qoşuldum və əmirin göstərişi ilə terror aktı - partlayış törətməyə razı oldum".

Tunar Altunbay