Rusiyanın Su-34 təyyarəsi öz şəhərlərinə bomba atdı

 09:17 21.04.2023     482

Aprelin 20-də axşam saatlarında Rusiyanın Belqorod səmasında ölkənin Su-34 bombardmançı təyyarəsi bomba atıb.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.

“2023-cü il aprelin 20-də Moskva vaxtı ilə saat 22:15-də (Bakı vaxtı ilə 23:15 - red.) Aerokosmik Qüvvələrin Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatının atışı baş verib”, - xəbərdə bildirilir.

"Nəticədə yaşayış binalarına ziyan dəyib, xəsarət alan yoxdur. Hazırda araşdırma aparılır", - nazirlikdən bildirilib.