Rusiya Britaniyanı dənizin dibinə batıracağı ilə HƏDƏLƏDİ

 16:05 21.04.2023     682

London Moskva ilə düşmənçilik edib və bundan sonra da düşmənçilik edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əminliklə bildirib.

"Britaniya bizim əbədi düşmənimiz olub, var və olacaq. Ən azı onların təkəbbürlü və iyrənc dərəcədə rütubətli adası Rusiyanın ən son silah sisteminin yaratdığı dalğadan dənizin dərinliklərinə gedənə qədər", - o, bu gün Rusiya Federasiyasında xarici agent kimi tanınan Vladimir Kara-Murza ilə bağlı istintaqın beş iştirakçısına Böyük Britaniyanın sanksiya tətbiq etməsini şərh edərkən Teleqram kanalında yazıb.

Turan İSMAYIL