İranda neft emalı zavodunun fəhlələri tətil elan etdi
İranın Abadan şəhərindəki Neft Emalı zavodunda işləyən fəhlələr aprelin 21-də iş yerlərində tətil keçiriblər.
Redaktor.az xəbər verir ki, tətil zavodda fəaliyyət göstərən “Eliksir Sanat” Layihə şirkətinin işçilərinin mərkəzi aparatı tərəfindən elan edilib.
Bildirilib ki, etiraz aksiyasına səbəb fəhlələrə 2023-cü ildə əməkhaqqı artımı ilə bağlı vədin yerinə yetirilməməsidir (report).