Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini TƏSDİQLƏYƏCƏK
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri aprelin 24-də Lüksemburqda planlaşdırılan iclasda bu ölkədə insan haqlarının pozulması ilə əlaqədar İrana qarşı yeddinci sanksiyalar paketini təsdiq edəcəklər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
“İnsan haqlarını pozduğuna görə İrana qarşı yeddinci sanksiyalar paketi təsdiqlənəcək" - Aİ-dən bildirilib.
Turan İSMAYIL