Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi beynəlxalq axtarışa verildi
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov beynəlxalq axtarışa verilib.
Redaktor.az xəbər verir ki, aprelin 21-də Moskvanın Lefortovo Məhkəməsi Kirill Budanovu Rusiyada terror aktlarının təşkilində təqsirli bilərək qiyabi həbs edib.
“Budanov beynəlxalq axtarışa verilib. Həbs-qətimkan tədbiri ya Rusiya ərazisinə təhvil verildiyi, ya da Rusiya ərazisində həbs edildiyi andan iki ay müddətində qüvvədə olacaq”, - deyə məhkəmənin qərarında bildirilib (apa).