Aleks Çalk istefa verən nazirin yerinə gətirildi

 17:27 21.04.2023     436

Böyük Britaniya müdafiə nazirinin müavini vəzifəsində çalışan Aleks Çalk Dominik Raabın istefasından sonra Krallığın ədliyyə nazirinin portfelini qəbul edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Britaniya hökumətinin cümə günü yaydığı məlumatda deyilir.

“Kral parlament üzvü Aleks Çalk QC-nin lord kansler və baş prokuror vəzifəsinə təyin edilməsini məmnunluqla təsdiqləyib”, - sənəddə deyilir. 

Raabın istefaya qədər də çalışdığı baş nazirin müavini vəzifəsi Lankaster hersoqluğunun kansleri (xüsusi tapşırıqlar üzrə nazir) Oliver Doudenə keçib. Medianın proqnozlaşdırdığı kimi, baş nazir Rişi Sunakın ən yaxın adamlarından biri nüfuzlu vəzifəyə yiyələnib. 2022-ci ilin oktyabr ayından etibarən Doudenin vəzifələrinə kabinet katibliyinin işini idarə etmək daxildir.

T.İSMAYIL