Türkiyə ordusu yerli tankı qəbul EDƏCƏK

 17:39 21.04.2023     620

Türkiyə Silahlı Qüvvələri Türkiyə istehsalı olan ilk "Altay" tankını gələn bazar günü alacaq.

Redaktor.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar deyib.

"Biz yerli müdafiə sənayesi sahəsində səylərimizi davam etdirəcəyik" - nazir bildirib.

Xatırladaq ki, Türkiyənin BMC şirkətinin direktoru Murat Yalçıntaş bir müddət əvvəl öz istehsalı olan perspektiv əsas döyüş tankının "Altay"ın kütləvi istehsala hazır olduğunu, ilk iki tankın isə aprelin 23-də sınaq üçün hərbçilərə təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, “Altay” tanklarında Koreya istehsalı olan enerji blokları quraşdırılıb, Türkiyə istehsalı bloklar isə 2026-cı ilə qədər hazır olacaq. Şirkətin direktoru türk tankının dost ölkələrə ixracına başlanılacağını istisna etməyib.

Turan İSMAYIL