Ermənistanda yüksək rütbəli zabit saxlanıldı
Ermənistanda hərbi hissə komandirinin müavini rüşvət ittihamı ilə saxlanılıb.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinin komandir müavini ilə yanaşı daha üç nəfər rüşvət almaqda və verməkdə ittiham olunurlar.
Belə ki, saxlanılan 3 nəfərdən biri vətəndaşdan 695 min dram (təxminən 1750 ABŞ dolları) alaraq, onun qohumu olan çağırışçı əsgərə sürücü kimi təyinat verilməsində kömək edib.
Rüşvət alan şəxs də martın əvvəlində Eçmiədzində məbləği hərbi hissə komandirinin müavininə verib və bundan sonra martın sonunda əsgər sürücü kimi qeydiyyata alınıb.
Həmçinin əlavə olunub ki, rüşvətin alınması üçün danışıqlar digər iki şəxs vasitəsilə aparılıb.
Bu səbəbdən bu gün onlar saxlanılıb, barələrində Cinayə Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
Təqsirləndirilən şəxslərin həbsi üçün məhkəməyə vəsatət göndərilib.