Molla rejimi hicab qaydalarına riayət etməyən restoranları bağladı - FOTO
İranın Rəfsəncan şəhərində 14 kafe və restoranın fəaliyyəti dayandırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, islam, o cümlədən məcburi hicab qaydalarına əməl edilməməsi, qəlyan xidməti göstərməsi, fəaliyyət lisenziyasının olmaması səbəbindən və islam dəyərlərinin qorunması naminə həmin iaşə obyektlərinin fəaliyyəti qadağan edilib.