Krımda hava hücumundan müdafiə sistemləri işə düşdü

 12:56 22.04.2023     507

Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasında hava hücumundan müdafiə sistemləri işə düşüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqram kanalında yazıb.

O bildirib ki, heç bir itki yoxdur.

Hava hücumundan müdafiə sistemlərinin işə salınmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.