Rusiya Almaniyanın 20-dən çox diplomatını QOVACAQ

 18:00 22.04.2023     368

Rusiya Almaniyanın 20-dən çox diplomatını ölkədən çıxarır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu, Almaniyanın rus diplomatlarını ölkədən çıxarmasına cavabdır.

Xatırladaq ki, rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.