Bunun əvəzini siz ödəməli olacaqsınız - Soylu ABŞ-ı hədələdi

 09:50 23.04.2023     524

Türkiyə ABŞ-ni ölkənin sərhədləri yaxınlığında terror dövləti yaratmaq niyyətində olmasına görə ittiham edib.

Redaktor.az "CNN Türk"ə istinadla bildirir ki, bu məsələyə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuata verdiyi müsahibədə toxunub.

“Amerika bizim sərhədlərimizin yaxınlığında terror dövləti yaratmaq istəyir. Bu terror dövləti yaradıldığı andan bunun əvəzini siz ödəməli olacaqsınız. Biz tədbirlərimizi görürük. Buna qarşı Suriya və İraqda dörd böyük əməliyyat keçirmişik”, - deyə Türkiyənin DİN başçısı söyləyib.

Qeyd edək ki, rəsmi Ankara Vaşinqtonun kürd silahlı birləşmələri ilə əməkdaşlığına qarşı kəskin münasibət sərgiləyir.