Suriya təbii sərvətlərinin talan edilməsinə görə ABŞ-dan təzminat tələb edir

 10:29 23.04.2023     319

Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ və ona bağlı hərbi birləşmələr tərəfindən öz təbii sərvətlərinin talan edilməsinə son qoyulmasını istəyib.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Suriya XİN-nin açıqlamasında bildirilib.

“Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsini tələb edir”, - məlumatda bildirilir.