Keçmiş erməni prezidentə cinayət işi açıldı

 13:23 23.04.2023     316

Ermənistanın eks-prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş Ermənistan İstintaq Komitəsinə göndərilib.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat verib.

Bundan əvvəl mətbuat Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki Sent Kitts və Nevisin vətəndaşlığına malik olması barədə məlumat yaymışdı. Bildirilib ki, əslində onun prezident seçilmək hüququ yox imiş.

Qeyd olunub ki, iş üzrə istintaq hərəkətləri aparılır.