“Türkiyədə 6,8 bal maqnitudada yeni zəlzələ olacaq” - İDDİA

 18:01 23.04.2023     345

Fevralın 6-da Türkiyədə baş verən zəlzələləri tədqiq edən Cənubi Kaliforniya Universitetinin alimləri bildiriblər ki, təkanlara səbəb olan qırılma xəttində sıxılma olub və bu, növbəti zəlzələyə səbəb ola bilər.

Bu barədə Redaktor.az “Haber Global”a istinadən xəbər verir.

Alimlər uzaqdan zondlama metodundan istifadə edərək yeraltı təkanları araşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, zəlzələlərə səbəb olan qırılma xəttinin bir hissəsi sıxılıb.

Alimlər bunun 6,8 maqnitudada zəlzələyə səbəb ola biləcəyini bildiriblər.

"Biz zəlzələnin vaxtını bilmirik, lakin bunun harada ola biləcəyini bilirik", - geofizik Silvain Barbot deyib: “Zənnimcə, növbəti zəlzələ daha çox sarsıntı yarada bilər, lakin əlavə araşdırma olmadan bu barədə dəqiq bilməyəcəyik”.

"Elə ərazi var ki, orada 6,8 bal gücündə zəlzələ proqnozlaşdıra bilərik. Əhali və alimlər buna hazır olmalıdır", - Barbot əlavə edib.

Qeyd edək fevralın 6-da Kahramanmaraş və Hatayda baş verən və 50 700-dən çox insanın ölümünə səbəb olub.