Üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxdı

 19:07 23.04.2023     330

Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Səudiyyə Ərəbistanındakı səfirliyinin konsulluq şöbəsinin rəhbərinin müşaviri Damir Saydyaşev məlumat verib.

Səfirlikdən verilən məlumata görə, 30 dəqiqə ərzində gəmi Port Səid - Süveyş - Hurqada - Ciddə - Cizan - Cibuti marşrutu üzrə hərəkət edib.

Aprelin 17-də onlar gəminin yanacaq doldurduğu Cizan limanını tərk ediblər. Həmin gün gəmi Rumein adasının ərazisində lövbər salıb və radarlardan itib.