İranın keçmiş prezidenti Xameneyini şeytan adlandırdı

 05:12 24.04.2023     537

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkənin ali dini lideri Əli Xameneyini şeytan adlandırıb. 

Redaktor.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, keçmiş prezident Xameneyiyə kinayə ilə deyib:

"Bəziləri xalqın fikrindən qorxur. Xalqın fikrinin hakim olmasından şeytan qorxur. İnsanların azadlıqda olacağından həyəcan keçirir. Şeytan çalışır elə etsin ki, insanlar özləri ilə bağlı qərar verə bilməsin. Öz müqəddəratını təyin edə bilməyən şəxs insanlıqdan çıxmış sayılır.
Bu cənab deyir ki, "insanlara azadlıq versək səhv edərlər". Qoy səhv etsinlər. Sənə nə dəxli var? Allah insana azadlıq verəndə bilmirdi ki, səhv edə bilərlər?
"İnsanlara azadlıq versək fəsad törədərlər"-sənə nə dəxli var? Niyə insanları təhqir edirsən? Kafir hamını özü kimi bilər".

T.İSMAYIL