Peskov oğlunun xüsusi əməliyyatda iştiraknı təsdiqlədi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı xüsusi əməliyyatda iştirak etdiyini təsdiqləyib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Peskov oğlunun vaxtı ilə Rusiya Silahlı Qüvvələrində xidmət etdiyini deyib:
“O, öz borcunu yerinə yetirib. İndi də belə bir qərar verib. Amma mən bu barədə daha çox danışmaq istəmirəm”.
Qeyd edək ki, Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.