ABŞ ölkəsindən qaçan prezidenti geri qaytardı - FOTO
Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan vətəninə ekstradisiya edildikdən sonra Barbadillo adlı həbsxanaya aparılıb.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, korrupsiyada şübhəli bilinən və 25 ilə qədər həbsi gözlənilən sabiq dövlət başçısı 18 ay xüsusi nəzarət altında olacaq.
Toledo iş üzrə bütün istintaq tədbirləri başa çatana qədər həbsxanada qalacaq.
Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peruya rəhbərlik edib. İttihamlara görə, o, Braziliya tikinti şirkətlərindən rüşvət alınmasında, çirkli pulların yuyulmasında və pul vəsaitlərinin şəxsi ehtiyacları üçün istifadə olunmasında iştirak edib. Eks-prezident ittihamlar üzrə beynəlxalq axtarışa verilib.