Quterreş Lavrovun önündə Rusiyanı sərt tənqid etdi
Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkəyə və onun xalqına böyük əzab və dağıntılar gətirir.
Redaktor.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasında deyib.
"Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi ölkəyə və onun xalqına böyük əzab və dağıntılar gətirir, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi təlatümləri gücləndirir", - Quterreş bildirib.
Buna cavab olaraq Lavrov ABŞ və onların müttəfiqlərini “qloballaşmanı məhv etməkdə” ittiham edib.