Peskovdan Putinin dublyoru barədə AÇIQLAMA

 21:50 24.04.2023     360

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin dublyorunun olması barədə iddialara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Rusiyanın “Bilik” cəmiyyəti tərəfindən təşkil edilən mərasimdə danışıb.

O, Putinin dublyorunun olması barədə iddiaları yalan adlandırıb: “Yəqin eşitmisiniz ki, Putin bunkerdə olarkən onun yerinə dublyor işləyir. Bəli, bəli, başqa yalan, başqa yalan. Əlbəttə, o, heç vaxt heç bir bunkerdə oturmayıb. Bu da yalandır”, – Peskov deyib.

Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidentinin səhhətində heç bir problem yoxdur.