Bu ölkə də vətəndaşlarını Sudandan təxliyə etdi

 09:43 25.04.2023     303

Mərakeşin Sudandakı səfirliyi 200-dən çox vətəndaşını paytaxt Xartumdan Port Sudana daşıyıb. Onlar daha sonra təyyarə ilə vətənlərinə gətiriləcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi məlumat verib.

“Sudan Respublikasında baş verən son hadisələr və bu qardaş ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Kral VI Məhəmməd Mərakeş vətəndaşlarının vətənlərinə qayıtmasının təmin edilməsi barədə göstəriş verib”,- deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Xüsusi Təyinatlı Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər nəticəsində 600-dən çox insan həlak olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 420 nəfərin öldüyünü, 3700-dən çox insanın isə yaralandığını bildirib.

Həmidə İbrahimli