Baydendən yenidən prezident seçkilərində iştirakı barədə AÇIQLAMA
ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətini “çox tezliklə” açıqlayacağını bildirib:
"Mən artıq sizə dedim ki, iştirak etməyi planlaşdırıram. Sizə tezliklə məlumat verəcəyəm"
Redaktor.az xəbər verir ki, bu sözləri Co Bayden Ağ Evin mətbuat xidməti prezidentin jurnalistlərlə söhbətində deyib.
Bayden seçilərsə, 82 yaşında prezident kimi ikinci müddətdə fəaliyyətə başlayacaq.
The Washington Post-un daha əvvəl xəbər verdiyi kimi, Demokratların nümayəndələri belə bir perspektivə o qədər də həvəs göstərmirlər. Onlar Baydeni dəstəkləyirlər, çünki bunu respublikaçı Donald Trampın yenidən prezident seçilməsinə və ya onun kimi siyasətçinin hakimiyyətə gəlməsinə mane olmaq şansı kimi görürlər.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
Qeyd edək ki, keçmiş ABŞ prezidenti Tramp isə 2022-ci ilin noyabrında ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu açıqlayıb.
“The New York Times” qəzetinin yazdığına görə, Bayden aprelin 25-də videomüraciət göndərməklə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlaya bilər.
Arzu İSMAYIL