Ukraynada bir gecədə 50-dən çox "vaqnerçi" MƏHV EDİLDİ
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində gedən döyüş zamanı ukraynalı əsgərlər “Vaqner” özəl hərbi şirkətinin onlarla üzvünü, çoxlu silah və texnikasını məhv ediblər.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Məlumata görə, “Vaqner” muzdlu hərbi təşkilatı 50-dən çox itki verib.
Bununla da, Rusiyanın Ukraynada itirdiyi hərbçi sayı 187 770-ə yüksəlib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ötən gün Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına start verildiyini açıqlayıb.
Tunar Altunbay