Türkiyədə dağıntılar altından çıxarılan 1808 uşaq ailəsinə verilib - FOTO
“Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və qəyyumu olmayan 1914 uşaq qeydiyyata alınıb. Yoxlamalardan sonra 1808 uşaq ailələrinə təhvil verilib”.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi özünün “Twitter” hesabında xəbər verib.
Bildirilir ki, 71 uşaq dövlət qayğısına götürülüb, onlardan 16-nın şəxsiyyəti hələ də müəyyən edilməyib. Bundan başqa 26 uşaq xəstəxanalarda müalicə alır.
Nazirlikdən o da bildirilib ki, doqquz uşaq xəstəxanada dünyasını dəyişib.
Enkaz altından çıkarılmış refakatçisi olmayan 1914 çocuk kayıt altına alınmıştır.
— T.C. Aile ve Sosyal Hizmetler Bakanlığı (@tcailesosyal) April 24, 2023
1808 çocuk ailesine teslim edilmiş, 71 çocuk kuruluş bakımına alınmıştır.
26 çocuğun tedavi süreci takip edilmektedir.
Kuruluşlarımızda olup kimliği tespit edilmeyen 16 çocuk bulunmaktadır. pic.twitter.com/90ONTcEa2H