Rusiya bu ölkənin səfirini QOVDU
"Rusiya cavab olaraq Moldova səfirliyinin əməkdaşını persona non-qrata elan edir və respublikanın bəzi məmurlarına girişi bağlayır. Bununla bağlı Moldovanın Moskvadakı diplomatik missiyasının rəhbəri Lilian Dariusa müvafiq nota verilib".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
“Aprelin 25-də Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dari Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona rəsmi Kişineu tərəfindən Rusiyaya qarşı davam edən qeyri-dost addımlarla bağlı kəskin etiraz bildirilib. Dariyə nota təqdim edilib. Qeyd edilib ki, Moldova hakimiyyətinin aprelin 19-da Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı əsassız qərarına cavab olaraq Rusiya tərəfi Moldovadakı səfirliyin əməkdaşını “persona non grata” elan edir”, - deyə nazirlikdən bildirilib.
Rusiya, həmçinin bəzi Moldova rəsmilərinin müntəzəm anti-Rusiya bəyanatlarına, eləcə də Kişineunun Aİ-nin sanksiya siyahılarına daxil edilməsi ilə bağlı fikirlərinə cavab olaraq onların ölkəyə girişini qadağan edəcək.
Tunar Altunbay