Bayden prezident seçkilərində namizədliyi barədə qərarını AÇIQLADI

 15:31 25.04.2023     330

Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində yeni müddətə namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Bayden "Twitter" səhifəsində paylaşdığı video-müraciətində bəyan edib.

"Hər nəslin demokratiyanı müdafiə etməli olduğu anlar var. Buna görə də mən prezidentlik yarışına girirəm. Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürərkən demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq.  Və biz hələ də mübarizə aparırıq ",- o deyib.

ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris 2024-cü il seçkilərində Co Baydenlə birlikdə iştirak etməyə hazır olduğunu açıqlayıb. O da qərarını öz "Twitter" səhifəsində açıqlayıb.

"Amerikalılar olaraq biz azadlığa inanırıq . İnanırıq ki, demokratiyamız yalnız onun uğrunda mübarizə aparmaq istəyimiz qədər güclü olacaq. Ona görə də Co Bayden və mən yenidən seçilmək üçün namizədik", - Harris amerikalılara müraciətində deyib.

The Washington Post-un daha əvvəl xəbər verdiyi kimi, Demokratların nümayəndələri belə bir perspektivə o qədər də həvəs göstərmirlər. Lakin onlar Donald Trampın yenidən prezident seçilməsinə və ya onun kimi siyasətçinin hakimiyyətə gəlməsinə mane olmaq üçün Baydeni dəstəkləmık məcburiyyətindədirlər.

Tunar Altunbay