Türkiyə qüvvələrinin Suriyadan çıxarılması müzakirə olundu

 17:20 25.04.2023     352

Rusiya, İran, Suriya və Türkiyənin müdafiə nazirləri və kəşfiyyat rəhbərləri çərşənbə axşamı Moskvada dördtərəfli görüşdə Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az bildirir ki, SANA agentliyinin verdiyi məlumata görə, bu barədə Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Danışıqlarda iştirakçılar Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılması məsələsini nəzərdən keçiriblər. M4 beynəlxalq magistral yolu ilə hərəkətlə bağlı xüsusi razılaşmanın həyata keçirilməsi də müzakirə olunub",- sənəddə deyilir.

Tunar Altunbay