Rusiya Ukraynada 10 fransızı öldürüb

 17:33 25.04.2023     290

"Rusiyanın işğalına qarşı Ukrayna tərəfindən döyüşlərdə 70-ə yaxın fransız iştirak edə bilər, 10 nəfər isə həlak olub".

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin “çoxsaylı mənbələrə” istinadən qeyd etdiyi kimi, 2022-ci il fevralın 24-dən “Ukraynada 10 fransız öldürülüb”.

Nəşrin yazdığına görə, “60-dan 70-ə qədər adam” Ukraynada ola bilər, “eyni zamanda, son aylarda insan axını sanki quruyub”.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi dəfələrlə respublika vətəndaşlarına müraciət edərək Ukraynaya səfərdən çəkinməyə çağırıb.

Tunar Altunbay