Türkiyənin döyüş təyyarəsi ilk uçuşunu həyata keçirdi

 17:43 25.04.2023     302

Türkiyənin beşinci nəsil "Hurjet" qırıcısı çərşənbə axşamı ilk uçuşunu uğurla başa vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan "Tvitter" səhifəsində məlumat paylaşıb..

“Qoy bu, Türkiyənin 100 illiyinə daha bir hədiyyə olsun”,- deyən Ərdoğan qeyd edib.

Türkiyə 2017-ci ildən bəri öz beşinci nəsil döyüş təyyarəsini yaratmaq layihəsini həyata keçirir. Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bir müddət əvvəl onun taktiki və texniki xüsusiyyətlərinə görə Amerika F-35-i keçəcəyini bildirib. "TF-X" indeksi alan qırıcının sonda Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 təyyarəsini əvəz edəcəyi güman edilir.

Tunar Altunbay