Litva Seymi miqrantların ölkədən çıxarılmasını qanuniləşdirdi
Litva Seymi dövlət səviyyəsində fövqəladə vəziyyət şəraitində qanunsuz miqrantlara sığınacaq verilməsindən imtinanı rəsmiləşdirən qanun qəbul edib.
Redaktor.az “Delfi”yə istinadən xəbər verir ki, bu təşəbbüsü 141 deputatdan 86-sı dəstəkləyib.
Qeyd olunur ki, səsvermə zamanı cəmi 8 deputat əleyhinə çıxıb, daha 20 deputat isə bitərəf qalıb. Qanun layihəsinə əsasən, bundan sonra Litva təhlükəsizlik qüvvələri sərhəd-keçid məntəqələrini qanunsuz yolla keçən miqrantları deportasiya etmək üçün icazə alacaq.
Litva Prezidenti Gitanas Nauseda müvafiq dəyişiklikləri dəstəkləsə, yeni normalar mayın əvvəlindən qüvvəyə minəcək.