"Qərb III Dünya müharibəsi haqqında danışanda biz ümumiyyətlə susmuşuq" - Lavrov

 22:24 25.04.2023     325

"ABŞ prezidenti Co Bayden və Qərb ölkələri Rusiya Federasiyasının "ümumiyyətlə susduğu" III Dünya müharibəsi haqqında tez-tez danışmağa başladılar".

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorka səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

Lavrov diqqəti siyasətçilərdən hansının III Dünya müharibəsindən isterik şəkildə danışdığına çəkib.

Bununla bağlı o, prezident Baydenin və bir sıra Qərb siyasətçilərinin, xüsusən də Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss və Fransanın keçmiş xarici işlər naziri Jan-İv Le Drianın müvafiq bəyanatlarını xatırladıb:

“Bütün bu bəyanatlar]biz ümumiyyətlə III Dünya müharibəsi haqqında susduğumuz zaman verilib”.

Lavrov ümid edir ki, Qərb məsuliyyət nümayiş etdirəcək və Rusiya Federasiyasının Ukraynada qələbəsi ilə III Dünya müharibəsinin başlanması ehtimalını bəyan etməyəcək.

Tunar Altunbay