Almaniyada terror aktı hazırlayan suriyalı kamikadze həbs edildi

 22:46 25.04.2023     329

Almaniyanın Hamburq şəhərində terror aktı üçün kamikadze jileti hazırlayan suriyalı mühacir həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın federal kriminal polis idarəsi məlumat yayıb.

"Çərşənbə axşamı səhər Almaniya təhlükəsizlik qüvvələri Bavariyanın Hamburq və Kemptenen şəhərlərində bir neçə obyektə reyd keçirib. Axtarışlar Suriyadan olan iki mühacirə qarşı aparılan istintaq çərçivəsində aparılıb. Cinayət işi zamanı 28 yaşlı kişi saxlanılıb",- məlumatda deyilir.

Polisin məlumatına görə, Hamburqda yaşayan bir kişi bir neçə həftədir ki, "Ebay" onlayn platformasında “şəhid kəməri” üçün hissələri alırmış.

Suriyalı paltarının altına əldəqayırma partlayıcı taxmağı planlaşdırıb.

Onun Bavariya Kemptenində yaşayan qardaşı da terrorçu ilə ortaq olmaqda şübhəli bilinir.

Kamikadzelərin hansı obyektlərə hücum etməli olduğu barədə məlumat verilmir.

Tunar Altunbay