Cənubi Afrika Putini həbs etməmək üçün Roma Statutundan çıxır
Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutundan çıxır.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Prezident Siril Ramaposa bildirib.
Onun sözlərinə görə, bu qərarı hakim Afrika Milli Konqresi (ANC) partiyası verib.
Prezident finlandiyalı həmkarı Sauli Niiniste ilə danışıqlardan sonra deyib:
"CAR-ın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarı onun müəyyən vəziyyətlərlə bağlı tərəfsizliyi ilə bağlıdır".
Bundan əvvəl Cənubi Afrika hakimiyyəti 2023-cü ilin avqustunda keçiriləcək BRİKS sammiti zamanı ölkəyə səfər edəcək Putinin “həbs edilməsi” ilə bağlı BCM-in orderinə əməl etməyəcəklərini bildirib.
Xatırladaq ki, Cənubi Afrika artıq 2015-ci ildə Sudan prezidenti Ömər əl-Bəşirin ölkəyə səfəri zamanı BCM-nin həbs qərarına əməl etməkdən imtina edib.
Tunar Altunbay