Putin xaricdə həbs qoyulan aktivlərlə bağlı fərman imzaladı

 23:55 25.04.2023     306

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulması halında cavab tədbirləri haqqında fərman imzalayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, xaricdə Rusiya əmlakına həbs qoyulması və ya hüquqlarının məhdudlaşdırılması halında, qeyri-dost ölkələrin aktivləri üçün xarici idarəetmə tətbiq ediləcək.

Qeyri-dost ölkələrin aktivlərinin müvəqqəti idarə edilməsinə Rusiya Prezidentinin qərarı ilə xitam verilə bilər.

Müvəqqəti idarəetməyə verilməli olan aktivlərin siyahısına "Unipro" və "PJSC Fortum"dakı xarici səhmdarların səhmləri daxildir.

Tunar Altunbay