Türkiyədə daha bir zəlzələ oldu
Türkiyənin Adana şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Xatırladaq ki, dünən axşam saatlarında Malatyada da zəlzələ qeydə alınıb.