Putin Paşinyanla Laçın dəhlizindəki vəziyyəti müzakirə etdi

 14:12 26.04.2023     299

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə "kremlin.ru" məlumat yayıb.

Bildirilib ki, telefon söhbətində "Dağlıq Qarabağ" ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib:

"Laçın dəhlizində vəziyyətin hazırkı gərginləşməsi kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiq edilib".

Məlumata görə, Rusiya prezidenti qondarma "erməni soyqırımı" qurbanlarının anım günü ilə əlaqədar erməni xalqı ilə həmrəy olduğunu bildirib.

"Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb" -  deyə Kremldən bildirilib.

Arzu İSMAYIL