Rusiya bu ölkənin səfirliyinin 10 əməkdaşını "persona non qrata" elan edib

 15:03 26.04.2023     355

Moskva Norveç səfirliyinin 10 əməkdaşını persona non qrata elan edib.

Redaktor.az bildirir ki, bu barədə aprelin 26-da Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmin gün səhər saatlarında Norveç səfiri Robert Kvile nazirliyə çağırılıb və krallığın Rusiya səfirliyindən 15 diplomatı və hərbi attaşe aparatının əməkdaşlarını qovmaq qərarına kəskin etiraz bildirilib.

“Kvilaya cavab olaraq Norveçin Moskvadakı səfirliyinin və müdafiə attaşesinin 10 nümayəndəsini “persona non qrata” elan edən nota təqdim edilib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Tunar Altunbay